HEAT

Rus mənşəli 125 mm-lik BK-14m

Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir. Zirehin xaricində partlayan mərmi, sonra sanki zirehə bir barmaq ilə yumruq vurmaq kimi yüksək təsir göstərir. Bu təsir ilə zirehdə bir deşik açılır. Ümumiyyətlə, mərmi diametrinə nisbətən 150% ilə 250% arasındakı genişlikdə təsirli olur. Yeni versiya mərmilərdə bu nisbət 700%-ə qədər artır. HEAT mərmisi fırlanarsa, effektivliyi azalır. Buna görə də, mərkəzdənqaçma gücünü azaldacaq formada hazırlanır. Bu mərmilərin xüsusi dizaynları yivli toplarla və ya yivsiz toplarla atıla bilər. HEAT başlıqları idarə olunan raketlərdə, silah bombalarında və ya minaatan mərmilərində istifadə edilə bilər


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search